Salyanda ağır yol-nəqliyyat hadisəsində həlak olan şəxslə bağlı maraqlı detal ortaya çıxıb.
İctimai.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ələt-Astara magistralının Kür çayı üzərindən keçən hissəsində “Lada Priora” markalı avtomobilin qəzaya uğraması nəticəsində həlak olan Neftçala rayon Xıllı kənd sakini 37 yaşlı Zeyqəm Kamil oğlu İbrahimov daha əvvəl sabiq korpus komandiri, general-leytenant Mais Bərxudarovun sürücüsü kimi də xidmət edib.














