ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş sədri, Kaliforniyadan olan respublikaçı Kevin Makkarti konqresmen kimi istefa vermək niyyəti ilə bağlı yayılan xəbərləri təsdiqləməyib. Bu barədə CBS telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Makkarti 2025-ci ilin yanvarında səlahiyyət müddətinin sonuna kimi vəzifəsində qalacaq. O, həmçinin 2024-cü ildə yenidən seçilmək niyyətindədir.
Bundan əvvəl “Politico” qəzeti ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Makkartinin konqresmen kimi vaxtından əvvəl istefa verə biləcəyini yazmışdı.
Mənbə: Lenta.ru