TASS-ın məlumatına görə, Fransa prezidenti Emmanuel Makron bildirib ki, BMT Təhlükəsizlik Şurasının İrana qarşı nüvə proqramı ilə bağlı sanksiyalarının bərpası məsələsi yaxın saatlarda həll oluna bilər.
Onun sözlərinə görə, qarşıdakı saatlar həlledici olacaq.
“Ya İran xoşməramlı jest edir, sülh və məsuliyyət yoluna qayıdır, MAQATE-yə öz işini görməyə icazə versin və [zənginləşdirilmiş uran] ehtiyatlarını təhvil versin, əks halda sanksiyalar qüvvəyə minməli olacaq”, – Makron bildirib.