Fransa prezidenti Emmanuel Makron bildirib ki, 26 ölkə hərbi münaqişənin bitməsindən sonra Ukraynaya təhlükəsizlik zəmanəti vermək öhdəliyi götürüb.
Onun sözlərini The Guardian sitat gətirir.
“Münaqişənin bitdiyi gün təhlükəsizlik zəmanəti veriləcək”, – Fransa lideri bildirib.
Bunlar, Makronun sözlərinə görə, beynəlxalq qüvvələrin quruda, dənizdə və havada mövcudluğunu əhatə edəcək.