Makron bildirib ki, Paris Kiyevə “Mirage” qırıcılarının tədarükü ilə bağlı danışıqlar aparmırbackend

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Paris hazırda Ukraynaya özünün “Mirage” qırıcıları ilə təminat imkanları ilə bağlı danışıqlar aparmır. TASS bu barədə Makronun Yelisey sarayında keçirdiyi mətbuat konfransına istinadən xəbər verir.

Fransa təyyarələrinin Ukraynaya ötürülməsinin mümkünlüyü ilə bağlı jurnalistlərin sualını cavablandıran Makron Fransanın hazırda Kiyevə “Mirage” qırıcılarının tədarükü ilə bağlı danışıqlar aparmadığını vurğulayıb.

Eyni zamanda, Makron qeyd edib ki, Paris bu gün əsas diqqətini ukraynalı pilotların hazırlanmasına yönəldib. Onların təlimləri bundan sonra da davam edəcək.

Mənbə: TASS