Makron bildirib ki, Rusiya raketlərinin uçuş məsafəsi Avropanı risk altında qoyurbackend

Fransa prezidenti Emmanuel Makron hesab edir ki, Rusiya raketlərinin gücü və uçuş məsafəsi Avropanı risk altında qoyur. TASS xəbər verir ki, o, bu fikrini “La Tribune” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukraynada avropalıların təhlükəsizliyi təhlükə altındadır, çünki o, onların sərhədlərindən 1500 kilometr aralıda yerləşir.

“Rusiya qalib gəlsə, növbəti saniyədə nə Rumıniyada, nə Polşada, nə də bizdə təhlükəsizlik olmayacaq. Rusiya ballistik raketlərinin mənzili hamımızı risk altında qoyur”, – Makron bildirib.

Mənbə: TASS