Fransa prezidenti Emmanuel Makron Ursula fon der Leyenin yenidən Avropa Komissiyasının (AK) rəhbəri vəzifəsinə seçilməsinə dəstək vermək niyyətindədir. Bu barədə “Politico” Fransa hökumətindəki mənbələrə istinadən xəbər verir.
Fon der Leyenin sağ mərkəzçi Avropa Xalq Partiyası (EPP) Avropa Parlamentinə seçkilər nəticəsində ən böyük fraksiyaya çevrilə bildikdən sonra alman siyasətçinin yenidən seçilmək şansı kəskin şəkildə artıb. Nəşr qeyd edir ki, Makron heç vaxt fon der Leyenin ikinci müddətə namizədliyini açıq şəkildə dəstəkləməyib, lakin indi Fransa prezidentinin mövqeyi dəyişə bilər. Makron Fransaya siyasi güzəştlər müqabilində fon der Leyenin seçilməsini dəstəkləyəcək.
Bundan əvvəl Rusiya Federasiyasının Avropa İttifaqı yanında daimi nümayəndəsi vəzifəsini icra edən Kirill Loqvinov bəyan etmişdi ki, Avropa Parlamentinə seçkilərin nəticələri Aİ-də etiraz əhval-ruhiyyəsinin artdığını göstərir.
Mənbə: TASS