Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, o, hazırkı vəzifəsini tərk etmək niyyətində deyil və ölkənin sabitliyini təmin etmək üçün dövlət başçısı kimi fəaliyyətini davam etdirəcək.
Reuters bu barədə onun sözlərinə istinadən məlumat yayıb.
“Heç vaxt unutma ki, fransız xalqının bizə verdiyi mandat xidmət etmək, xidmət etmək və xidmət etmək, adi fransızların suallarını cavablandırmaq və Fransanın müstəqilliyi üçün mümkün olan hər şeyi etməkdir”, – Makron bildirib.
O, dövlət başçısı kimi “sabitliyi təmin etməyə” davam edəcəyinə əmin edib.