Makron Fransanın ən pis prezidenti seçilibbackend

“Politico” xəbər verir ki, Fransanın keçmiş prezidenti Nikola Sarkozinin keçmiş müşaviri Alain Mintz hazırkı dövlət başçısı Emmanuel Makronu “narsist” və “ən pis prezident” adlandırıb.

Məqalə müəllifləri qeyd edirlər ki, Mintz vaxtilə Makronu tərifləyib, onu Napoleon Bonapartın (1769-1821) generalları ilə müqayisə edib. İndi ekspert siyasətçini “1958-ci ildə Beşinci Respublika qurulandan bəri ən pis prezident” adlandırır.

Mintzin fikrincə, Makronun “narsisizmi” onu “Fransa institutlarını təhlükə altına qoyan” “ehtiyatsız qərarlar” qəbul etməyə məcbur edib və 2027-ci il prezident seçkiləri ərəfəsində ifrat sağı gücləndirib.