Fransa prezidenti Emmanuel Makron fransız fotojurnalist Antoni Lallikanın FPV pilotsuz uçan aparatı tərəfindən öldürüldüyünü təsdiqləyib və başsağlığı verib. O, bu barədə sosial şəbəkədə yazıb.
“Həmyerlimiz, fotojurnalist Antoni Lallikan cəbhədə Ukrayna ordusunu müşayiət edib. Onun ölüm xəbərini dərin hüznlə öyrəndim”, – Makron yazıb.
Ukraynanın “Strana.ua” nəşrinin məlumatına görə, fransalı jurnalist Lallikan Donetsk vilayətindəki Drujkivka yaxınlığında pilotsuz təyyarə ilə öldürülüb, onun “Kiyev Independent”dəki həmkarı Qrixori İvançenko isə yaralanıb.