Makron İranın nüvə proqramından narahatdırbackend

Fransa prezidenti Emmanuel Makron deyib ki, İranın nüvə proqramı “dönüş olmayan nöqtəyə” yaxındır və respublika Yaxın Şərqdə “əsas strateji təhlükəsizlik problemi”dir.

Makron deyib: “İran Fransa, avropalılar, bütün region və onun hüdudlarından kənarda böyük strateji təhlükəsizlik problemidir.

Onun sözlərinə görə, İranın nüvə proqramının inkişafı “bizi geri dönüşü olmayan nöqtəyə çox yaxınlaşdırır”. Fransa lideri qeyd edib ki, bu məsələ onun Donald Trampın yeni administrasiyası ilə aparacağı dialoqda prioritet olacaq.