Fransa prezidenti Emmanuel Makron azarkeşin hücumçu Kilian Mbappenin Paris Saint-Germain-dəki gələcəyi ilə bağlı sualını cavablandırıb.
“Mənim sensasiyalı xəbərlərim yoxdur, amma buna nail olmağa çalışacağam” deyə Makron bildirib.
Xatırladaq ki, PSJ ilə Mbappe arasındakı müqavilə 2023/24 mövsümünün sonunda başa çatır.
Ötən ilin mayında Mbappenin PSJ ilə yeni müqavilə imzaladığı məlum olub.
Mənbə: TRT Spor

