Fransa prezidenti Emmanuel Makron televiziyaya verdiyi müsahibədən sonra həyat yoldaşı Bricitin qohumuna hücumu qəbuledilməz adlandırıb və demokratik ölkədə zorakılığa yer olmadığını qeyd edib.
Bu barədə RİA Novosti məlumat yayıb.
“O, bizim böyük qardaşımız oğlu olduğu üçün hücuma məruz qalıb. Və bir daha demək istəyirəm: demokratiyada zorakılığa yer yoxdur. O, qəddarlıqla, zorakılıqla, axmaqlıqla üzləşdi… Mən bir dayı kimi bu hərəkətləri qətiyyən yolverilməz, respublika prezidenti kimi isə görünməmiş hesab edirəm. Biz zorakılığın bütün formalarına qarşı mübarizə aparacağıq”, – Makron bildirib.

