Fransa prezidenti Emmanuel Makron bildirib ki, NATO-nun 11-12 iyul tarixlərində Vilnüsdə keçiriləcək sammiti Ukraynaya yeni təhlükəsizlik zəmanətləri verməlidir.
Onun sözləri TASS-a istinadən xəbər verir.
“NATO sammitinin Ukrayna üçün yeni güclü etibarlı təminatlar və aydın perspektivlər verə bilməsi vacibdir”, – dövlət başçısı Moldovada Avropa Siyasi Birliyinin iclasından sonra keçirilən mətbuat konfransında deyib.
Makron həmçinin qeyd edib ki, Şimali Atlantika Alyansının gələcək sammiti həm də “indiki kontekstdə Rusiyaya aydın mesaj” verməlidir.
Mənbə: Lenta.ru

