Makron Putin və Zelenskiyə İsveçrədə baş tuta biləcəyini bildiribbackend

Fransa prezidenti Emmanuel Makron TF1 telekanalına müsahibəsində Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenskinin görüşünün İsveçrənin Cenevrə şəhərində baş tuta biləcəyini bildirib.

O qeyd edib ki, şəhər liderlər arasında təhlükəsiz dialoq üçün neytral platforma hesab olunur.

Eyni zamanda Britaniyanın Sky News telekanalı prezident Tramp, Putin və Zelenski arasında potensial üçtərəfli görüşün keçirilə biləcəyi digər Avropa şəhərlərinin siyahısını dərc edib. Telekanalın məlumatına görə, İtaliyanın baş naziri Giorgia Meloni Romanı təklif edib. Telekanalın məlumatına görə, Zelenski və Tramp Romaya, o cümlədən Vatikana meyl edirlər. İtaliya və İsveçrə Xarici İşlər Nazirlikləri görüşə ev sahibliyi etməyə hazır olduqlarını təsdiqləyiblər və avropalı diplomatlar Budapeşt və Helsinki də daxil olmaqla, digər variantları nəzərdən keçirirlər.