Makron Qəzzada döyüşlərin dayandırılmasını və Livanın münaqişəyə cəlb olunmasının qarşısının alınmasını tələb edibbackend

Fransa prezidenti Emmanuel Makron Qəzza zolağında hərbi əməliyyatların dərhal dayandırılmasının və Livanın münaqişəyə cəlb olunmasının qarşısının alınmasının vacibliyinə diqqət çəkib. O, bunu NATO-nun Vaşinqtonda keçirilən sammiti zamanı mətbuat konfransında çıxışı zamanı deyib.

Fransa rəhbəri münaqişənin Livana keçməsinin qarşısını almaq üçün Qəzzada dərhal atəşkəsin, girovların azad edilməsinin və vəziyyətin gərginliyinin azaldılmasının vacibliyini qeyd edib.

Oktyabrın 7-də Qəzza zolağından minlərlə Həmas yaraqlısının İsrail ərazisinə sızmasından sonra Yaxın Şərqdə vəziyyət daha da pisləşib. İki yüzdən çox girov əsir götürüldü.

Mənbə: TASS