Rusiya İsraillə İran arasında münaqişədə vasitəçi kimi çıxış edə bilməz.
Reuters xəbər verir ki, bu fikri Fransa prezidenti Emmanuel Makron Qrenlandiyaya səfəri zamanı deyib.
ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinin münaqişə tərəfləri arasında vasitəçi ola biləcəyi ilə bağlı fikrini şərh edən Makron, “Hazırda yüksək intensivlikli münaqişədə iştirak edən və bir neçə ildir ki, BMT Nizamnaməsinə əməl etməmək qərarına gələn Rusiyanın vasitəçi ola biləcəyinə inanmıram” dedi.
O, həmçinin əlavə edib ki, Fransa İranın “cavab tədbirləri” görəcəyi təqdirdə İsraili “müdafiə və müdafiə əməliyyatlarında” iştirak edəcək.