Bloomberg xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Çin prezidenti Si Cinpini 2026-cı ildə keçiriləcək G7 sammitinə dəvət etməyi planlaşdırır.
Mənbələrin məlumatına görə, Çin liderinin Fransada keçiriləcək G7 sammitinə dəvət olunması ideyası hazırda bağlı qapılar arxasında müzakirə olunur. Beləliklə, Paris beynəlxalq təsirini gücləndirməyə və “əsas diplomatik addımlara” hazırlaşmağa çalışır.
Bu arada prezident Emmanuel Makronun özü dekabrda Çinə səfər etməyi planlaşdırır. Yelisey Sarayı Parisin qlobal proseslərin sabitləşməsinə töhfə vermək istəyən böyük ölkələrlə əməkdaşlığı inkişaf etdirməyə sadiq olduğunu vurğulayıb.
Bloomberg yazır ki, Makron aktuallığını itirən və ABŞ prezidenti Donald Trampın əlaqə saxlamaq istədiyi ölkələri istisna edən G7 formatını yenidən nəzərdən keçirməyə çalışır.













