Makron Trampı Ukraynada atəşkəs ideyasına münasibətini dəyişməyə çağırıbbackend

Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampı Ukraynada təcili atəşkəs ideyasından döndərməyə çalışdığını bildirib.

O, bu barədə İtaliyanın “Foqlio” qəzetinə müsahibəsində məlumat verib.

Fransa lideri bildirib ki, Vaşinqtona səfəri zamanı Trampı havada və dənizdə döyüşləri məhdudlaşdırmaqla qismən atəşkəs barədə düşünməyə çağırıb. O qeyd edib ki, bu cür hərəkətlərə nəzarət etmək tam atəşkəsdən daha asandır.

“Yəni, dərhal atəşkəsə nail olmaq üçün deyil, daha çox hava, dəniz və enerji infrastrukturu səviyyəsində atəşkəsə nail olmaqdır” dedi.