Makron Ukrayna ilə bağlı könüllülər koalisiyasının iclasını elan etdibackend

Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə məsuliyyətlərin bölüşdürülməsini yekunlaşdırmaq üçün könüllülərin koalisiyası yanvarın əvvəlində Parisdə görüşəcək.

Fransa Prezidenti Emmanuel Makron bu barədə sosial media səhifəsində məlumat verib.

Onun sözlərinə görə, Ukraynanın Avropa tərəfdaşları “ədalətli və davamlı sülhün qurulmasında əsas rol oynayacaq” təhlükəsizlik zəmanətləri məsələsində irəliləyiş əldə edirlər.