Makron Ukrayna münaqişəsinin həllində Çinin mühüm rolundan danışıbbackend

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Çin Rusiya Federasiyası ilə yaxşı münasibətlər sayəsində Ukrayna münaqişəsinin həllində mühüm rol oynaya bilər, France 24 xəbər verir.

Aprelin 4-ü axşam saatlarında Fransa lideri Pekinə işgüzar səfərə gəlib və orada Çinin sədri Si Cinpinlə danışıqlar aparacaq.

Görüşün əsas mövzusu Ukrayna məsələsi olub. Makron Çində fransız icması ilə söhbəti zamanı deyib: “Rusiya ilə son günlərdə yenidən təsdiqlənən güclü əlaqələri olan Çin mühüm rol oynaya bilər”.

Mənbə: AA

İctimai.az