Makron Ukrayna tərəfdən ərazi güzəştlərindən danışıbbackend

Fransa prezidenti Emmanuel Makron bildirib ki, ərazi güzəştləri ilə bağlı yalnız Ukrayna prezidenti Vladimir Zelenski danışıqlar apara bilər.

O, əmin edib ki, münaqişə davam etdikcə, Ukrayna bütün lazımi dəstəyi alacaq. Fransa prezidenti həmçinin Rusiyanı münaqişəyə son qoymaq üçün “sülh yolu”na məhəl qoymamaqda ittiham edib.

“Əgər ərazi danışıqları məsələsi yaranarsa, o zaman bu danışıqları ölkəsi adından yalnız prezident Zelenski apara bilər. Başqa heç kimin buna hüququ yoxdur. Ona görə də Ukrayna özü və ərazisi, avropalılar isə özləri və təhlükəsizliyi üçün qərar verməlidirlər”, – Makron bildirib.