Makron Ukraynaya sülhməramlıların göndərilməsini “pasifist yanaşma” kimi qiymətləndirirbackend

Rusiyanın qarşısını almaq üçün Ukraynada Aİ sülhməramlılarının mümkün yerləşdirilməsi “pasifist yanaşmadır”.

“The New York Times” xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron deyib.

Fransa prezidenti deyib ki, Avropa qoşunları Rusiyanı çəkindirmək və Ukrayna qüvvələrinə təlim və dəstək vermək üçün cəbhə xəttindən daha geridə yerləşdiriləcək.

“Bu, pasifist yanaşmadır” dedi Makron.

Bir gün əvvəl bildirilmişdi ki, Avropa ölkələri Ukraynaya qoşun yeritmək ideyasından imtina edərək, ölkəyə dəstək üçün alternativ variantların axtarışına meyllidirlər.