Makron və Ştaynmayerin həyat yoldaşları Berlindəki memorial qarşısında gülərək foto çəkdiriblərbackend

Fransa və Almaniyanın birinci xanımları Bricit Makron və Elke Büdenbender Berlində Holokost abidəsi önündə əylənərkən foto çəkdiriblər. Bu barədə “Bild” qəzeti yazıb.

Nəşrin məlumatına görə, onlar ölən yəhudilərin xatirəsinə həsr olunmuş daş plitələrin yanından keçəndə dövlət başçılarının arvadları gülümsəməkdən saxlaya bilməyiblər. Onların sevincinin səbəbi məlum deyil.

Mərasim zamanı Emmanuel Makron və Olaf Şolz əklil qoyublar. Fransa prezidenti xatirə dəftərinə də yazı qoyub.

Mənbə: Bild