Fransa prezidenti Emmanuel Makron France 2 televiziyasına müsahibəsində Rusiya lideri Vladimir Putinlə danışmaq istədiyini bildirib.
“Qısa müddətdə hər şey təşkil edilməlidir. Hazırda əlaqə bərpa olunur və yaxın həftələrdə baş tutmalıdır”, – Fransa prezidenti bildirib.
Makron qeyd edib ki, dialoq “mümkün qədər tez” baş tutmalıdır.
Bundan əvvəl ABŞ prezidentinin xüsusi elçisi Steve Witkoff bildirmişdi ki, “istəklilər koalisiyasının” üzvləri ABŞ-ın dəstəyini almış Ukrayna üçün təhlükəsizlik təminatlarına dair çərçivə sənədini təqdim ediblər.















