Makron Zelenski ilə Ukraynada nizamlanmanı müzakirə edibbackend

Fransa prezidenti Emmanuel Makron Avropa dövlətlərinin başçıları və Ukrayna prezidenti Vladimir Zelenski ilə Ukraynadakı münaqişənin nizamlanması məsələsini müzakirə edib. Bu barədə Fransa lideri X sosial şəbəkəsindəki hesabında yazıb.

Makron qeyd edib ki, Vladimir Zelenski və bir sıra Avropa liderləri ilə söhbət kifayət qədər uzun olub.

Bundan əlavə, prezident Fransanın Ukraynaya atəşkəsə nail olmaq səylərində dəstək verməyə hazır olduğunu bir daha təsdiqləyib.