Makronun Kiyevə gözlənilən səfəri məlum olubbackend

Fransa prezidenti Emmanel Makron yaxın həftələrdə Kiyevə səfər edəcək. Bu barədə AFP agentliyi Yelisey sarayına istinadən məlumat yayıb.

Mesajda aydınlıq gətirilib ki, bu qərar Makronla Ukrayna prezidenti Vladimir Zelenski arasında bazar günü, martın 10-da baş tutan telefon danışığından sonra verilib.

İki ölkənin liderləri müxtəlif sahələrdə, o cümlədən kibertəhlükəsizlik, minalardan təmizləmə və silah istehsalı sahəsində əməkdaşlığı gücləndirmək istəklərini təsdiqləyiblər.

Mənbə: A Haber