Malayziya 2024-cü ildə turistlər üçün giriş qaydalarını dəyişəcək

Malayziyada turistlər üçün yeni məcburi giriş qaydaları 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək. Bu barədə RİA Novosti ölkənin immiqrasiya xidmətinə istinadən yazır.

Bildirilir ki, sistem artıq fəaliyyətdədir və əcnəbilər Malayziya Rəqəmsal Gəliş Kartını (MDAC) gəlmədən üç gün əvvəl onlayn şəkildə doldura bilərlər. Gəliş günü məlumat daxil etmək mümkündür. Formada tam adınızı, pasport məlumatlarınızı, qeydiyyat yeri haqqında məlumatı, e-poçt ünvanınızı, gəliş və gediş tarixlərini, habelə nəqliyyat növünü və gediş ölkənizi göstərməlisiniz.

Anketi doldurduqdan sonra siz PDF formatında saxlamalı və Malayziya sərhədçilərinə göstərməli olduğunuz PİN kodu olan e-poçt məktubu almalısınız.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər