Malayziyada 12 yaşlı qız çılpaq fotolarını satmaq üçün internet saytı yaradıb, Mothership yazır.
Malayziya Kral Polisi, üzvlərinin cinsi cinayətlərdə əli olduğu iddia edilən “Məktəb Dəstəsi” kimi tanınan qrupun məhv edildiyini bildirdi. Ən səs-küylü hallardan biri açıq-saçıq şəkilləri satmaq üçün internet saytı yaradan 12 yaşlı qızla bağlı idi. Müstəntiqlərin fikrincə, onunla birlikdə daha dörd yeniyetmə də olub, onlar da bədən hissələrinin şəkillərini yayıblar.
Mətbuatda yayılan xəbərlərə görə, qız valideynlərindən daha çox şəkilləri sataraq qazanmağa başlayandan sonra məktəbi yarımçıq qoyub. Bu, hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib.