Malayziyanın BRİKS-ə mümkün daxil olması həm Asiya dövlətinin özü, həm də Rusiya üçün böyük perspektivlər açır. Baş nazir Ənvər İbrahim bu barədə X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat verib.
“Bu potensial üzvlük hər iki ölkə üçün əhəmiyyətli perspektivlər gətirir”, o vurğulayıb.
Malayziyanın baş naziri əlavə edib ki, ölkənin BRİKS-ə mümkün daxil olması dövlətin beynəlxalq əməkdaşlığa sadiqliyindən xəbər verir.
Mənbə: A Haber