Mali xarici işlər naziri Abdoulaye Diop bildirib ki, ölkə Rusiyadan alınan hərbi texnikanın operativ şəkildə çatdırılmasını yüksək qiymətləndirir.
Bu barədə RİA Novosti məlumat yayıb.
Diplomat qeyd edib ki, Mali Rusiya silahlarını əldə etməkdə maraqlıdır. O vurğulayıb ki, ölkə hökumətin və Rusiya prezidenti Vladimir Putinin Afrika dövlətinin müraciətlərinə münasibətini yüksək qiymətləndirir.
Bundan əvvəl Malinin iqtisadiyyat və maliyyə naziri Əl-Useni Sanou bildirmişdi ki, rusiyalı mütəxəssislər ölkədə litium, neft və qaz yataqlarının geoloji kəşfiyyatı işlərinə başlayacaqlar. Nazirin sözlərinə görə, Rusiya Federasiyası ilə mədənçıxarma sahəsində əməkdaşlıq onun ölkəsinə iqtisadiyyatın digər sahələrini maliyyələşdirmək üçün lazımi resursları əldə etmək imkanı verəcək.