Maltanın baş naziri Robert Abela bildirib ki, Estoniyanın namizədliyi təsdiq olunmasa, ölkə gələn il ATƏT-ə sədrlik edə bilər.
Bu barədə TASS məlumat yayıb.
“Bilirsiniz ki, Estoniya rəsmi namizəddir. Bir sıra ölkələrin buna qarşı olduğu da məlumdur. Maltanın namizədliyi ATƏT-ə sədrliyə alternativ kimi təklif edilib”, – deyə Abela bildirib.
Bundan əvvəl Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) yaşamaq astanasındadır. Onun sözlərinə görə, təşkilatın ötən il Polşanın sədrliyi tərəfindən yaradılmış “bütün fəaliyyət sahələrinin dondurulması fəlakətli təcrübəsi” onun mandatlı vəzifələrini “həyata keçirmək qabiliyyətini artıq xeyli zəiflədib”.
Mənbə: TASS

