“Mançester Siti” Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıbbackend

İngiltərənin “Mançester Siti” klubu Çempionlar Liqasının qrup mərhələsinin IV tur matçında İsveçrənin “Yanq Boyz” klubuna qalib gəlib.

Mançesterdə baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb. Siti komandasının qollarını dubl edən Erlinq Haaland və Fil Foden vurub.

“Mançester Siti” 12 xal toplayaraq turnirin qrup mərhələsində ardıcıl dördüncü qələbəsini qazanıb. Pep Qvardiolanın adamları G qrupuna başçılıq edir. “Yanq Boyz” üzərində qələbə İngiltərə klubunun Çempionlar Liqasının pley-off mərhələsinə çıxmasına zəmanət verdi.

Mənbə: TRT Spor