İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsinin “Mançester Yunayted” – “Nyukasl Yunayted” matçı başa çatıb. Mançesterdəki “Old Trafford” stadionunda keçirilən görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada hesabı 28-ci dəqiqədə Migel Almiron açıb. Səkkiz dəqiqə sonra Lyuis Hall dubl etdi və 60-cı dəqiqədə Joe Willock Nyukaslın üçüncü qolunu vuraraq yekun hesabı yaratdı.
Bununla da “Mançester Yunayted” İngiltərə Liqa Kubokunda çıxışını başa vurub. 1/16 finalda “Nyukasl” “Mançester Siti”ni mübarizədən kənarlaşdırıb. 1/4 finalda “Nyukasl” paralel matçda “Blackburn”u 2:0 hesabı ilə məğlub edən London “Çelsi”si ilə qarşılaşacaq. Görüş dekabrın 20-də Londondakı Stamford Bricdə baş tutacaq. Digər 1/4 finalda “Everton” “Fulhem”lə, “Liverpul” “Vest Hem”lə, “Port Veyl” isə “Midlsbro” ilə qarşılaşacaq.
Mənbə: TRT Spor

