“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq müdafiəçisi Braun müflis elan edilib

“Mançester Yunayted”in və İngiltərə millisinin keçmiş futbolçusu Ues Braun müflis elan edilib.

Bu barədə Daily Mail məlumat yayıb.

İngiltərə Gəlirlər və Gömrük İdarəsi (HMRC) fevralın sonunda “Mançester Yunayted”in keçmiş müdafiəçisi üçün iflas elan edib. Aprelin 12-də vəsatət Ali Məhkəmədə qeydə alınıb və rəsmi dövlət reyestrinə daxil edilib.

Qeyd olunur ki, “Yunayted”in futbolçusu kimi Braun həftədə 50 min funt-sterlinq qazanırdı. Ötən il 43 yaşlı ingilis 3 qızı olan həyat yoldaşı Lindən boşanıb. Onlar 2009-cu ildən evlidirlər.

Oxşar xəbərlər