MAQATE-nin baş direktoru ayın sonuna kimi İrana səfər etməyi planlaşdırırbackend

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi nüvə sazişini müzakirə etmək üçün aprelin sonuna qədər İrana səfər etmək niyyətində olduğunu açıqlayıb.

Bu barədə TASS məlumat yayıb.

Qrossinin sözlərinə görə, yaxın həftələr Tehrana səfər üçün nəzərdə tutulub. Səfərin bu ay baş tutacağı gözlənilir.

MAQATE rəhbəri belə bir fikir bildirib ki, ABŞ prezidenti Donald Trampın son bəyanatları “yaxşı, güclü” razılaşmanın əldə olunmasının zəruriliyini sübut edir. Beləliklə, Qrossi yenidən İrana gedəcək.

Martın 30-da Tramp Birləşmiş Ştatlar və İranın Tehranın nüvə silahı istehsal etməmək barədə razılığa gəlməyəcəyi təqdirdə “əvvəlki kimi bombardmanlarla” hədələyib.