MAQATE rəhbəri Belarusa səfər edəcəkbackend

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi oktyabrın 1-də Belarusa səfər edəcək.

Bu barədə MAQATE-nin mətbuat xidməti məlumat yayıb.

“Qrossi bu gün paytaxt Minskdə yüksək səviyyəli görüşlər keçirmək üçün Belarusa səfər edəcək, həmçinin ölkənin atom elektrik stansiyalarına baş çəkəcək”, – məlumatda deyilir.

Mətbuat xidməti dəqiqləşdirib ki, səfər zamanı Qrossi AES-də dörd il əvvəl şəbəkəyə qoşulduqdan sonra onun vəziyyətini qiymətləndirməyi planlaşdırır. Bundan əlavə, MAQATE rəhbəri agentliyin tövsiyələrinin icrasında irəliləyişləri yoxlamaq niyyətindədir.