MAQATE rəhbəri İrana səfər edəcəkbackend

Beynəlxalq Nüvə Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi İranın nüvə proqramı ilə bağlı Qərblə Tehran arasında danışıqlara hazırlaşmaq üçün yaxın həftələrdə İrana gələcək.

Bu barədə o, Reuters agentliyinə məlumat verib.

Qrossinin sözlərinə görə, o, Tehranın MAQATE ilə mənalı danışıqları bərpa etməyə hazır olduğunu görür. Qeyd olunur ki, danışıqlara hazırlaşmaq üçün İranın nüvə proqramı ilə bağlı məlumatlar indidən toplanmalıdır. Qrossi oktyabrda İrana səfər edəcəyinə ümid etdiyini bildirib.

Sentyabrın 23-də İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin BMT Baş Assambleyası çərçivəsində ABŞ-da nüvə proqramı üzrə danışıqların yeni raunduna başlayacağını bildirib.