MAQATE Şurası Kursk və Zaporojye atom elektrik stansiyalarında vəziyyəti müzakirə edəcəkbackend

MAQATE-nin Rəhbərlər Şurası sentyabrın 9-da Kursk və Zaporojye atom elektrik stansiyalarında vəziyyəti müzakirə edəcək. Bunu “Kommersant” qəzetinə Rusiya Federasiyasının və beynəlxalq təşkilatların Vyanadakı daimi nümayəndəsi Mixail Ulyanov deyib.

Diplomat bildirib ki, Rusiya tərəfi Ukraynanın Kursk AES-ə hücumlarını müzakirə etmək üçün Şuranın fövqəladə sessiyasını çağırmağı hələ planlaşdırmır, lakin onun sözlərinə görə, hadisələrin inkişafından asılı olaraq hər şey dəyişə bilər.

“İstənilən halda biz sentyabrın 9-da Şuranın növbəti sessiyasında Kursk və Zaporojye atom elektrik stansiyalarındakı vəziyyəti müzakirə edəcəyik”, – deyə Ulyanov bildirib.

Mənbə: Kommersant