MAQATE yoxlamaların bərpasını təhlükəsizliklə əlaqələndiribbackend

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İranda yoxlamalarının bərpası ölkəni nüvə obyektlərinə mümkün hücumlardan qoruyacaq.

Bunu təşkilatın baş direktoru Rafael Qrossi bildirib.

“Səmimi düşünürəm ki, MAQATE İranda tam yoxlamalarla fəaliyyətini bərpa etsə, o zaman gələcək hərbi əməliyyatların ehtimalı daha az olacaq”, – deyə o bildirib.

İslam Respublikasının xarici işlər nazirinin müavini Kazım Qəribabadi avqustun 28-də deyib ki, “Avropa üçlüyü” ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) tərəfindən BMT-nin İrana qarşı sanksiyalarını yeniləyən mexanizm işə düşərsə, Tehran MAQATE ilə əməkdaşlıqdan imtina edə bilər.