Maqnit qasırğasının gücü “çox güclü”dən “orta”ya enibbackend

Tətbiqi Geofizika İnstitutunun (IPG) kosmik hava monitorinqi məlumatlarına əsasən, maqnit qasırğasının gücü “çox güclü”dən “orta” səviyyəyə enib. Bu barədə TASS yazır.

IPG davam edən maqnit qasırğası barədə məlumat verir. Hazırda Yerin maqnit sahəsində pozulma dərəcəsi G2 kimi qiymətləndirilir ki, bu da beş ballıq monitorinq şkalası üzrə “orta” səviyyəsinə uyğundur, burada G5 “son dərəcə güclü”, G1 isə “zəif” deməkdir.

Bundan əvvəl Yer kürəsində G4 səviyyəli güclü maqnit qasırğası barədə məlumat verilmişdi. G4 səviyyəsində rabitəyə ciddi müdaxilələr, radiorabitə, peyk və radiotezlik naviqasiyasında pozuntular mümkündür.

Mənbə: TASS