Mariya Zaxarova: “Rusiya Cənubi Qafqaz üzrə müzakirələr platformasının məkanını dəyişir”backend

“Rusiya Cənubi Qafqaz üzrə Cenevrə müzakirələrinin başqa ölkəyə keçirilməsi məsələsində praktiki fəaliyyətə keçir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, bu, İsveçrənin beynəlxalq məsələlərdə vasitəçi kimi inamını itirməsi ilə bağlıdır.

Zaxarova bildirib ki, Rusiya tərəfi Cənubi Qafqazda təhlükəsizlik və sabitliyə dair beynəlxalq Cenevrə müzakirələrinin başqa ölkəyə keçirilməsi məsələsini praktikada tətbiq etməyə məcbur olub.

“Bir neçə dövlət bu rol üçün mübarizə aparır, onlardan bəziləri artıq müntəzəm görüşlər üçün öz ərazilərini verməyə razılaşıblar”, – deyə Zaxarova əlavə edib.

Qeyd edək ki, Cənubi Qafqaz üzrə Cenevrə müzakirələri beynəlxalq forumdur. O, regionda vəziyyətin proqnozlaşdırılmasını təmin etmək, separatçı Abxaziya ilə Cənubi Osetiya regionları və Gürcüstan arasında birbaşa dialoqu dəstəkləmək məqsədi daşıyır.

Mənbə: news.ru