Daily Mail məxfi sənədlərə istinadən xəbər verir ki, 1989-cu ildə sərxoş Mozambik hökumətinin hava hücumundan müdafiə komandiri Britaniyanın baş naziri Marqaret Tetçerin olduğu təyyarəni az qala vuracaqdı.
Hadisə 1989-cu il martın 30-da təyyarə Zimbabvedən Malaviyə uçarkən baş verib. Vətəndaş müharibəsinin davam etdiyi Mozambik üzərində təyyarəyə bir neçə zenit raketi atılıb. Onların heç biri hədəfinə çatmadı.
Yalnız noyabr ayında Böyük Britaniyanın şiddətli təzyiqindən sonra Mozambik hakimiyyət orqanları təyyarənin vurulmasının sərxoş hava hücumundan müdafiə komandirinin günahı olduğunu etiraf etməyə məcbur oldular. Bu arada Britaniya Xarici İşlər Nazirliyi münasibətlərin sabitliyinin pozulmasından ehtiyat edərək, onilliklər ərzində insidentlə bağlı heç nə deməyib.
Tetçer 1979-1990-cı illərdə Böyük Britaniyanın Baş naziri olub. O, Böyük Britaniyanın Mühafizəkarlar Partiyasını təmsil edib.













