İnsanın Marsa ilk səfərləri bir aydan çox olmayacaq. RİA Novosti yazır ki, bu barədə MAI-nin baş müəllimi, texnika elmləri namizədi Yelena Karpoviç danışıb.
“Missiyaya başlamazdan əvvəl uzunmüddətli biotibbi tədqiqatlar aparmaq lazım gələcək. İlkin mərhələdə Marsa uçuşlar qısa olacaq”, – Karpoviç bildirib.
Üstəlik, planetin müstəmləkələşdirilməsindən söhbət getmir. Həmçinin, Marsa tez uçmaq və Aya geri qayıtmaq mümkün olmayacaq. Qırmızı Planet yüksək radiasiya, aşağı cazibə qüvvəsi və daimi soyuqluq səbəbindən astronavt üçün son dərəcə əlverişsiz yerdir. Marsda orta temperatur -63°C-dir.
Mənbə: RİA Novosti