Martın 23-dən Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaqbackend

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, həmçinin Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar yol infrastrukturunun təkmilləşdirilməsi məqsədilə cari təmir işləri həyata keçiriləcək.

İctimai.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, qeyd olunan işlərin bayram günlərinə təsadüf etməsi və nəqliyyat axınının nisbətən azalması nəzərə alınaraq həyata keçirilməsi planlaşdırılıb.

“Bu çərçivədə, paytaxtın bir sıra avtomobil yollarında 23 mart 2026-cı il saat 08:00-dan 30 mart 2026-cı il saat 22:00-dək təmir işləri aparılacaq.

Təmir ilə əlaqədar hərəkət bağlanmayacaq, məhdudiyyətlər yalnız təmir işləri aparılan zolaqlar üzrə tətbiq ediləcək.

Agentlik tərəfindən təmir işləri ümumilikdə 42 ünvanda aparılacaq. Təmir olunacaq küçələrin ümumi sahəsi 151 849 kv.m təşkil edir.