Martın 31-də Lukaşenko Belarus parlamenti və vətəndaşları qarşısında illik müraciətlə çıxış edəcəkbackend

Belarus prezidenti Aleksandr Lukaşenko martın 31-də parlamentə və ölkə əhalisinə illik müraciətlə çıxış etmək niyyətindədir.

Bu barədə BELTA agentliyi məlumat yayıb.

Lukaşenkonun müraciəti ilə bağlı məlumatı prezident administrasiyasının rəhbəri İqor Sergeenko da təsdiqləyib.

“Bizi daha bir əlamətdar, fundamental hadisə gözləyir – bu, Prezidentin Belarus xalqına və parlamentinə illik müraciətidir. Bu, sözün əsl mənasında bu həftə – martın 31-də, bu cümə günü baş tutacaq”, – Sergeyenko vurğulayıb.

İctimai.az