Pirat Microsoft Activation Scripts (MAS) yardım proqramının tərtibatçıları Windows-u birdəfəlik aktivləşdirməyə imkan verən yeniləmə təqdim ediblər.
Bu barədə 3DNews portalı məlumat yayıb.
MAS Windows 7-dən başlayaraq Windows-un bütün versiyalarını, həmçinin Genişləndirilmiş Təhlükəsizlik Yeniləmələri (ESU) daxil olmaqla kommersiya lisenziyalarını və Microsoft Office 2013 ilə başlayan ofis paketlərini aktivləşdirmək üçün nəzərdə tutulmuş açıq mənbə proqramıdır.
MAS 3.0-ın cari versiyasında Massgrave komandası proqram təminatını aktivləşdirmək üçün istifadə edilən istismarlara əsaslanan TSForge alətini əlavə etdi. Bu alət ənənəvi aktivləşdirmə üsullarından yan keçərək Windows DRM və Proqram Mühafizəsi Platforması komponentlərini hədəfləyir.
MAS bütün əlamətlərə görə pirat proqram kimi görünsə də, Microsoft naməlum səbəblərdən bu layihə ilə mübarizə üçün heç bir tədbir görmür. MAS mənbə kodu şirkətin GitHub platformasında yerləşdirilib, Microsoft-a istənilən vaxt layihəni bağlamaq imkanı verir, lakin bu baş vermir.