Masazır qəsəbəsində azyaşlını küçə iti dişləyibbackend

Abşeron rayonunun Masazır qəsəbəsində azyaşlını küçə iti dişləyib.

Uşağın atası Nicat Ağayev bildirib ki, övladı ilə həyat yoldaşı alış-verişdən qayıdarkən it onlara hücum edib:

“Qəflətən oğlumun üstünə cumub, onu yerə yıxaraq parçalamaq istəyib. Anası su butulkasını itin başına vura-vura uşağı onun əlindən ala bilib”.

Qəsəbədə sahibsiz itlərin çox olması sakinlərin də narahatlığına səbəb olur.

“Bu yaxınlarda it qonşunun uşağına da hücum edib. Qurumlardan xahiş edirik ki, sahibsiz itləri yığıb sığınacaqlara aparsınlar”, – deyə sakin narazılığını bildirib.