Masazır qəsəbəsində kişi keçmiş nişanlısının evinə hücum edibbackend

Abşeron rayonunun Masazır qəsəbəsində kişi keçmiş nişanlısının evinə hücum edib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, sözügedən şəxs evdə tək olan xanımın evinə gələrək, ondan qapını açmağı tələb edib.

Qadın bundan imtina etdiyi üçün o, fiziki güc tətbiq edərək mənzilin qapısını qırmağa çalışıb.

Məlumata görə, insidentə səbəb hücuma məruz qalan qadının nişanı qaytarması olub.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev bildirib ki, daxil olan müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb:

“Polis əməkdaşları məlumat əsasında dərhal hadisə yerinə gedib və həmin şəxs qeyd olunan ünvanda aşkarlanaraq saxlanılıb. Hazırda aidiyyəti üzrə araşdırma aparılır”.