Abşeron rayonunun Masazır qəsəbəsindən paytaxtın Memar Əcəmi metrostansiyası və əks istiqamətdə hərəkət edən 525 saylı marşrut avtobuslarının sayı artırılır.
Mediaservis.az-ın əldə etdiyi məlumata görə, iyunun 23-dən etibarən sözügedən marşrut üzrə 18 deyil, 26 avtobus fəaliyyət göstərəcək.
Belə ki, xəttə qazla işləyən və kondisionerlə təchiz edilən 10 yeni avtobus buraxılacaq. Bütün avtobuslarda ödənişlər artıq “Bakıkart”la icra olunacaq.
Bununla da avtobuslar arasındakı interval 5 dəqiqəyə enəcək.
Qeyd edək ki, sahibkar nəzarətində olan 525 saylı marşrut avtobusları iyunun 23-dən etibarən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansında olacaq.